DİN: Ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində kompleks tədbirlər həyata keçirilir
20.06.2025 [17:33]
Xəbərin mətni
İyunun 20-də Daxili İşlər Nazirliyi (DİN) tərəfindən “Qadınlara qarşı zorakılıq hallarının, ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması” mövzusunda konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak ediblər.