Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərov Tovuzda dəfn olunub

20.06.2025 [18:27]

Xəbərin mətni

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 1974-cü il təvəllüdlü Ələsgərov Fuad Cəfər oğlunun nəşinin qalıqları bu gün Tovuz rayonunda ailəsinə təhvil verilib. AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayonun Ağbaşlar kəndində şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.