Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomatik korpusun nümayəndələri Laçında olublar

20.06.2025 [19:41]

Xəbərin mətni

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 20-də diplomatlar Laçında olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.