Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub
20.06.2025 [19:58]
Xəbərin mətni
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına (RMX) mediatur təşkil edilib. Səfərin məqsədi media və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrini xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.