Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçına səfər edən Polşa səfiri: İrəliləyişin necə getdiyini görmək həqiqətən maraqlıdır

20.06.2025 [20:18]

Xəbərin mətni

Səfərimiz çox təsiredicidir. Bu torpaqlara sayca ikinci səfərimdir. Ölkənizin gözəlliyi, təbiəti və dəyişikliklərin miqyası, qoyulan investisiyalar, modernləşmə məni çox heyran edir. Düşünürəm ki, bu, regionun gələcəyi üçün çox vacibdir. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Laçına səfəri zamanı Polşanın ölkəmizdəki səfiri Pavel Radomski söyləyib.