Moldovanın səfiri: Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib
21.06.2025 [18:07]
Xəbərin mətni
Bu gün Qarabağa səfərimdən çox təsirləndim. Çünki bu üç şəhərdə, yəni Laçın, Şuşa və Ağdamda qısa zaman ərzində böyük irəliləyişin şahidi oldum. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Ağdama səfəri zamanı Moldovanın səfiri Aleksandr Esaulenko söyləyib.