Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Günü münasibətilə “EuroVillage 2025” tədbiri keçirilib

22.06.2025 [20:30]

Xəbərin mətni

İyunun 22-də Dənizkənarı Milli Parkda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “EuroVillage 2025” (Avropa şəhərciyi) tədbiri keçirilib. Avropa Günü münasibətilə təşkil olunan tədbirdə Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycandan olan tərəfdaş qurumlar və digər təşkilatlar iştirak ediblər.