İrandan təxliyə olunan Belçikanın səfiri: Azərbaycanın göstərdiyi qonaqpərvərlik və yardımsevərlik təqdirəlayiqdir
22.06.2025 [21:09]
Xəbərin mətni
İranda baş verən hadisələrə görə əsas vəzifəmiz orada olan Belçika vətəndaşlarına kömək etməkdir. Onlara həm İranda yardım göstərmişik, həm də Azərbaycandan yardım etməyə davam edəcəyik. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunan Belçikanın İrandakı səfiri Michel Malherbe bildirib.