Azərbaycan Dövlət İnformasiya Agentliyi

Humanizmdən dəm vuran Rusiyanın əsl siması ortaya çıxdı

29.06.2025 [13:35]

Xəbərin mətni

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması, bəzilərinin ağır bədən xəsarətləri alması, habelə 9 nəfərin saxlanılması humanizmdən dəm vuran Rusiya dövlətinin əsl mahiyyətini ortaya qoydu. Hadisə şahidlərinin dediklərindən aydın olan odur ki, maskalı şəxslər onların evlərinə soxularaq, heç bir səbəb gətirmədən soydaşlarımızı dözülməz işgəncələrə məruz qoyublar. Baş verənlər, soydaşlarımıza qarşı sərgilənən bu davranış rus şovinizminin bariz nümunəsidir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI