Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb – ekspertiza rəyi
01.07.2025 [13:04]
Xəbərin mətni
Səfərov Ziyəddinin ölüm haqqında tibbi şəhadətnaməsi də bizə təqdim edilib. Bildirilib ki, ölüm xəstəlikdən baş verib. Ona kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu qoyulub. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında bildirib.