Azərbaycan Dövlət İnformasiya Agentliyi

91 yaşlı kişinin meyiti Şirvan kanalında aşkarlanıb

01.07.2025 [17:43]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 91 yaşlı rayon sakininin batması barədə məlumatlar daxil olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib və dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb. Axtarışlar nəticəsində rayonun Padar qəsəbə sakini, 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.