Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasındadır, regionda isə birincidir

01.07.2025 [19:28]

Xəbərin mətni

Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasındadır, regionda isə birincidir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxışı zamanı deyib.