Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinin “Tianven-2” zondunun çəkdiyi Yerin və Ayın şəkilləri yayımlanıb

01.07.2025 [20:11]

Xəbərin mətni

Çin Milli Kosmik İdarəsi (CNSA) çərşənbə axşamı, iyulun 1-də orbitdə "Tianven-2" zondunun çəkdiyi Yer və Ayın şəkillərini yayımlayıb. AZƏRTAC bu barədə Sinxua agentliyinə istinadla xəbər verir. CNSA bildirib ki, zondda təchiz edilmiş dar baxış sahəsinə malik naviqasiya sensoru bu yaxınlarda Yerin və Ayın şəkillərini çəkərək yaxşı funksional performans nümayiş etdirib. Yayımlanan şəkillərə planetdən təxminən 590 min kilometr uzaqlıqda olan “Tianven-2” zondunun çəkdiyi Yer kürəsinin fotoşəkili, eləcə də Aydan təxminən eyni məsafədə olarkən çəkilmiş yeni şəkil daxildir. Fotoşəkillər Yerə göndərildikdən sonra elmi tədqiqatçılar tərəfindən işlənib hazırlanıb.