Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Prokurorluq: Qəsdən adamöldürmə, işgəncə və qeyri-insani rəftar beynəlxalq hüquqa ziddir

02.07.2025 [13:26]

Xəbərin mətni

Qəsdən adamöldürmə, işgəncə və qeyri-insani rəftar beynəlxalq müqavilələrin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Həm Azərbaycan, həm də Rusiya bir çox beynəlxalq müqavilələrin və konvensiyaların üzvüdür. Bu barədə Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin rəis müavini Samirə Nəcəfzadə Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiyanın Yekaterinburq şəhərində işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı keçirilən brifinqdə bildirib.