Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Komitəsinin sədri: Qadınlar Forumunun böyük faydası olacaq

02.07.2025 [15:43]

Xəbərin mətni

İqtisadi cəhətdən gücləndirilməmiş, iqtisadi imkanları aşağı səviyyədə olan qadınların cəmiyyətin həyatına, onun inkişafına töhfə verməsi şübhə doğurur. Qadınlar bütün bunlara yalnız yüksək təhsilə, savada, elmə, biliyə, aparıcı peşələrə yiyənlənməklə nail ola bilərlər. Qadınları cəmiyyətin lokomotivi adlandırırıq. Odur ki, onlar hər tərəfdən güclü olmalıdırlar. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində deyib.