Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbul müsabiqəsinə start verilib

03.07.2025 [14:24]

Xəbərin mətni

İyulun 3-dən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları mərhələsinə start verilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində keçirilən imtahanın birinci gününün ilk seansında Azərbaycan dili, texnologiya, təsviri incəsənət ixtisasları üzrə 81 namizəd iştirak edib.