Diqqət! Danışır və göstərir Xankəndi...
Xankəndidəki Media Mərkəzindən AZƏRTAC-ın REPORTAJI VİDEO
04.07.2025 [13:51]
Xəbərin mətni
Bu gün Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Regionun strateji gələcəyini müəyyənləşdirən bu mötəbər tədbir həm də beynəlxalq siyasi və iqtisadi dairələrin diqqət mərkəzindədir. Xankəndidə yaradılan Media Mərkəzində mətbuat nümayəndələri ən son məlumatları operativ şəkildə ictimaiyyətə təqdim edirlər. Burada yaradılan şərait jurnalistlərin səmərəli çalışmasını təmin edir. Müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə yüksəksürətli internet, canlı yayım imkanları və operativ əlaqələndirmə üçün xüsusi komandalar mövcuddur.