Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tədqiqatçılar Əlişa qalasındakı hovuz kompleksini sənədləşdirilmiş unikal su sistemi kimi qiymətləndirirlər

07.07.2025 [14:27]

Xəbərin mətni

Artıq üç ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında arxeoloji qazıntılar aparılır. Arxeoloji ekspedisiya bu günlərdə Əlişa qalasında mühüm elmi əhəmiyyətə malik, unikal memarlıq nümunəsi – lotusvari formada inşa edilmiş daş hovuz kompleksi aşkar edib.