Azərbaycan Dövlət İnformasiya Agentliyi

İndoneziyanın rəmzinə çevrilən İstiqlal məscidi

07.07.2025 [18:00]

Xəbərin mətni

İndoneziyanın paytaxtı Cakartanın mərkəzində Cənub-Şərqi Asiyanın ən böyük məscidi olan İstiqlal məscidi yerləşir. Məsciddə eyni vaxtda 120 mindən çox insanın ibadət etməsi üçün yer var. İndoneziyanın müstəqilliyinin əbədiləşdirilməsi məqsədilə inşa edilən İstiqlal məscidi ölkənin rəmzinə çevrilib.