Azərbaycan Dövlət İnformasiya Agentliyi

MTP beynəlxalq səyyahlar klubunun təsisçisi: Azad olunan ərazilərdə qısa müddətdə görülən işlər çox möhtəşəm və heyranedicidir

10.07.2025 [15:56]

Xəbərin mətni

Mən ABŞ-ın Kaliforniya ştatından gəlmişəm. Qarabağın işğaldan azad olunduğu vaxtdan bəri artıq dörd ildir ki, bu regiona səfər edirəm. Hər səfərimdə Qarabağda, eləcə də Şərqi Zəngəzurda aparılan quruculuq prosesinə şahidlik edirəm. Qısa müddətdə bu ərazilərdə üç hava limanının inşası, yeni infrastrukturun yaradılması çox möhtəşəm və heyranedicidir. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təsisçisi Çarlz Villi deyib.