Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub

12.07.2025 [20:22]

Xəbərin mətni

Bu gün keçirilən sammit çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına yeni üzvlərə sertifikatlar təqdim olunacaq. Azərbaycandan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ittifaqa yeni üzv seçilib. Sammit çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsi gələcəkdə ortaq turizm layihələrinin formalaşdırılmasına və beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılmasına təkan verəcək. Bunu Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov Şahdağ Turizm Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində jurnalistlərə açıqlamasında söyləyib.