Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir

12.07.2025 [20:24]

Xəbərin mətni

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ötən ilin sentyabr ayında yaradılıb. İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm hadisədir. Ötən il bizim İttifaqda dörd ölkə təmsil olunurdu. Bu il isə üzv ölkələrin sayı beşə yüksəlib və yeni dağ kurortları İttifaqa üzv seçilib.Bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov “Şahdağ” Turizm Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində çıxışı zamanı söyləyib.