İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir
12.07.2025 [20:29]
Xəbərin mətni
Biz burada azad edilmiş ərazilərdə mina təmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Cəbrayıla səfər edən dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvü, irlandiyalı səyyah Devid Cozef Langan deyib.