Azərbaycan Dövlət İnformasiya Agentliyi

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum

12.07.2025 [20:35]

Xəbərin mətni

Azərbaycan hökumətinin evlərini itirmiş insanlara ümid olaraq onları doğma yurdlarına qayıtmaları istiqamətində həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Cəbrayıla səfər edən dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvü, filippinli səyyah Cesarine Janette Cordero deyib.