Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın su hövzələrinə mediatur təşkil edilib

14.07.2025 [13:04]

Xəbərin mətni

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qlobal su çatışmazlığına, sudan səmərəli və qənaətli istifadənin vacibliyinə ictimai diqqəti artırmaq üçün muxtar respublikanın su hövzələrinə mediatur təşkil olunub.