Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİİM: Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzaya səbəb olub

14.07.2025 [15:50]

Xəbərin mətni

Yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobilində texniki nasazlıq yarandığından nəqliyyat vasitəsini yolun kənarına çəkən sürücü təhlükəsizlik qaydalarına əməl etməyib. Bu zaman hərəkətdə olan avtobus sürücüsü ara məsafəsi saxlamamaqla yanaşı, diqqətsizlik etdiyindən onu vurub. İki nəqliyyat vasitəsinin iştirakı ilə yaşanan bu hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində müddəti 25 dəqiqə çəkən nəqliyyat sıxlığı yaranıb.