Emin Hüseynov: 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfərin köçürülməsi planlaşdırılır
15.07.2025 [17:39]
Xəbərin mətni
“Böyük Qayıdış” Proqramı çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa-quruculuq işləri sürətlə davam edir. Nəzərdə tutulan qrafik üzrə əhalinin yaşayış məntəqələrinə köç etməsi üçün zəruri tədbirlər həyata keçirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində jurnalistlərə müsahibəsində deyib.