İdarə rəisi: Məqsədimiz işğaldan azad olunmuş ərazilərdə hüquqi və institusional islahatları gücləndirməkdir
15.07.2025 [17:40]
Xəbərin mətni
Bu gün doğma Ağdamımızda, işğaldan azad olunmuş əziz torpağımızda “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” adlı konfransın keçirilməsi bizim üçün həm hüquqi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Belə bir tədbiri məhz bu torpaqlarda qeyd etməyimiz həm rəmzi məna daşıyır, həm də böyük qürur hissi yaradır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhərində jurnalistlərə müsahibəsində Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.