Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda narkoşəbəkənin iki üzvü saxlanılıb

16.07.2025 [15:17]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizəsi davam edir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə Sumqayıt şəhərində keçirilən əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü - İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar. Onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI