Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıblar

16.07.2025 [18:33]

Xəbərin mətni

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramının “Cəbrayıl könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.