Prezidentin köməkçisi: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur
20.07.2025 [14:25]
Xəbərin mətni
Həqiqət dəyişib və böyük təhdid altındadır. Xəbərlərdə faktlar, rəqəmlər mənzərə yaratmır. İnsanlar inanclara daha çox üstünlük verirlər. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı III Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.