Şəfəq Mehrəliyeva: XXI əsrdə media savadlılığı ən az oxuma-yazma qədər vacibdir
21.07.2025 [12:40]
Xəbərin mətni
XXI əsrdə media savadlılığı ən az oxuma-yazma qədər vacib bacarıqdır. Bu, iki əsas məqamı əhatə edir: birincisi, şərh vermə və mühakimə yürütmə qabiliyyətinin inkişafı; ikincisi isə tolerant yanaşma tərzidir. Əgər bu sahələrə diqqət yetirilsə, cəmiyyətdə daha sağlam və məhsuldar müzakirələrin şahidi ola bilərik. AZƏRTAC xəbər verir ki, bunu Şuşada keçirilən Qlobal Forumun "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı panelində ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva söyləyib.