Ekspert: Filmlərdə süni intellektin dünyanı ələ keçirməsi ssenarisi artıq yalnız fantaziya deyil
21.07.2025 [16:37]
Xəbərin mətni
Hazırda informasiya dövrünün ən böyük çağırışlarından biri həqiqi və obyektiv məlumat mənbəyini tapmaqdır. Təəssüf ki, bugünkü rəqəmsal dünyada yayılan məlumatların böyük hissəsinin dəqiq, yoxlanılmış və qərəzsiz olub-olmadığını müəyyənləşdirmək hər keçən gün daha da çətinləşir. AZƏRTAC xəbər verir ki, bu sözləri 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı paneldə “Google” və “Youtube” üzrə ekspert, “BlitzMetrics” şirkətinin baş icraçı direktoru Dennis Yu deyib.