Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam sakini: Övladlarım da o yerləri mənim qədər tanıyır, sevir

29.07.2025 [10:49]

Xəbərin mətni

Mən oradan çıxanda 13 yaşım vardı, indi isə 46 yaşım var. Bu illər ərzində o torpaqlardan, oradakı günlərdən o qədər danışmışam ki, övladlarım da o yerləri mənim qədər sanki tanıyır, sevir. İndi isə birlikdə gedirik yaşamağa. AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Amil Qurbanov deyib.