Düşərgə iştirakçısı: Tədbir gənclərin Vətənə bağlılığı baxımından çox önəmlidir
04.08.2025 [15:11]
Xəbərin mətni
Almaniyada Təmiz enerji prosesləri üzrə magistr təhsili alıram. Burada olmaq mənim üçün qürurverici və sevindiricidir. Çünki tədbir azərbaycanlı gənclər üçün həm dünyagörüşünün artırılması, həm də Vətənə bağlılıq baxımından çox önəmlidir. Bunu Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə Almaniyadan qatılan Günel Hüseynli deyib.