Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda Aqrar Biznes və Şaftalı Festivalı keçirilib

08.08.2025 [11:38]

Xəbərin mətni

Xaçmazda “Aqrar Biznes” və “Şaftalı” festivalı keçirilib. Festivalın keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialını daha geniş ictimaiyyətə tanıtmaq, yerli fermerləri və aqrar sahədə fəaliyyət göstərən sahibkarları dəstəkləmək, eyni zamanda bölgənin aqroturizm imkanlarının inkişafına töhfə verməkdir.