Bu gün və sabah maqnit qasırğası olacaq
08.08.2025 [17:25]
Xəbərin mətni
Artıq 3 gündür Günəşdə güclü partlayışlar müşahidə olunur. Ümumilikdə isə avqust ayında bu gücdə yeddi partlayış qeydə alınıb. Mütəxəssislər bildirir ki, Günəşdə uzun müddətdir dəyişiklik olmadığından bu cür güclü partlayışların baş verməsi gözlənilən idi. Hazırda tac kütlə atılmaları davam edir və bu prosesin mənfi təsirləri qaçılmazdır.