Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə baş verən zəlzələdə bir nəfər həlak olub

11.08.2025 [10:40]

Xəbərin mətni

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən zəlzələ zamanı uçan binanın dağıntıları altında axtarış-xilasetmə işləri başa çatıb. Dağıntılar altından çıxarılan dörd nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.