Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan üzərinə düşən öhdəliyi yubatmamalıdır

11.08.2025 [13:01]

Xəbərin mətni

Azərbaycanın təşəbbüsü ilə başlayan və irəliyə aparılan sülh danışıqları öz məntiqi nəticəsini verir. Ötən həftə bütün dünya Vaşinqtonda tarixi hadisəyə şahidlik etdi. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı. Paraflanma beynəlxalq müqavilənin və ya digər hər hansı beynəlxalq sənədin yekun mətninin tam razılaşdırılması mənasına gəlir. Bu prosedur, əsasən, danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətni imzalamağa hazır olduğunu təsdiqləyir. Artıq sülh müqaviləsinin imzalanması, regionda davamlı sülhün və sabitliyin əldə olunması yolunda yalnız bir əngəl qalır – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması.

BÖLMƏNİN DİGƏR VİDEOLARI