Azərbaycan Dövlət İnformasiya Agentliyi

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə təlimlərə başlanılıb

13.08.2025 [14:47]

Xəbərin mətni

Ən çox istifadə edilən ictimai nəqliyyat növlərindən olan avtobuslarda tezliklə qadın sürücüləri də görə biləcəyik. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni təlim proqramına start verib. Proqram çərçivəsində qadın namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər. Təlimə qoşulan namizədlərdən biri də Elnarə Sabitovadır. O deyir ki, atası da avtovus sürücüsü olduğu üçün bu peşəyə uşaq yaşlarından həvəsi yaranıb.