Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda baş verən qəzada ölən və xəsarət alanlar var

14.08.2025 [11:00]

Xəbərin mətni

Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetməni itirərək aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 23 yaşlı Leyla Qasımova hadisə yerində dünyasını dəyişib.