Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub
14.08.2025 [12:07]
Xəbərin mətni
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Kamal Mehman oğlu Mirəliyev saxlanılıb.