Şöbə rəisi: İstirahət və yaşayış kompleksində keçirilən təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib
14.08.2025 [20:18]
Xəbərin mətni
Avqustun 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat və İctimaiyyətlə əlaqə idarələrinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze Resort” istirahət və yaşayış kompleksində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim təşkil edilib. Təlimin keçirilməsində məqsəd istirahət və yaşayış kompleksinin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlar və sudaboğulma təhlükəsi zamanı davranış qaydalarının aşılanması olub. AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə jurnalistlərə açıqlamasında səsləndirib.