Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN “Sea Breeze Resort” istirahət və yaşayış kompleksində təlim keçirib

14.08.2025 [20:20]

Xəbərin mətni

Avqustun 14-də Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat və İctimaiyyətlə əlaqə idarələrinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze Resort” istirahət və yaşayış kompleksində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.