Ucqar dağ rayonunda sakinlər dərman bitkilərindən gəlir əldə edirlər
21.08.2025 [13:41]
Xəbərin mətni
Yüksək dağlıq relyefdə yerləşən Yardımlıda xüsusilə yay fəslində təbabətdə geniş istifadə olunan dərman bitkilərinin toplanılması yerli sakinlər arasında artıq ənənə halını alıb. Apteklərdən müxtəlif qiymətə aldığımız bu dərman bitkilərini Yardımlı sakinlərinə ana təbiət pulsuz-parasız bəxş edir. Əməkdaşımız bu dərman bitkilərindən gəlir əldə edən bir ailədən söhbət açacaq.