Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan gəncləri qlobal iqlim platformalarında: yüksələn fəallıq və yeni imkanlar

21.08.2025 [14:16]

Xəbərin mətni

Son illərdə Azərbaycan və region gənclərinin iqlim gündəminə marağı nəzərəçarpacaq dərəcədə artıb. Onlar iqlim dəyişikliyinin sağlamlıq, kənd təsərrüfatı və su ehtiyatları kimi sahələrdə yaratdığı problemləri dərindən dərk edir, bu istiqamətdə həm yerli, həm də beynəlxalq platformalarda fəal iştirak edirlər. COP29-un ölkəmizdə uğurla təşkili gənclərin qlobal iqlim müzakirələrində daha fəal rol alması, bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar açıb. AZƏRTAC-a eksklüziv müsahibəsində COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova qeyd edib ki, bu proses gənclərin yalnız dinləyici deyil, həm də qərarverici kimi çıxış etməsinə şərait yaradır və gələcəkdə daha geniş əməkdaşlıqlar üçün möhkəm zəmin formalaşdırır. Müsahibəni təqdim edirik.