Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Ata-baba yurdumuza qalib ölkənin vətəndaşları kimi geri dönürük

22.08.2025 [10:54]

Xəbərin mətni

Bu gün doğulduğumuz torpaqlara geri qayıtdığımız üçün çox sevinirik. Şükür ki, uzun illərdən sonra arzularımız reallaşdı. Bu günləri bizim üçün əlçatan edən Prezident İlham Əliyevə təşəkkür edirik. Torpaqlarımızın azadlığı uğrunda mübarizədə yaralananlara cansağlığı arzulayıram, şəhid olanlara Allah rəhmət eləsin. Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Elgiz Səmədov söyləyib.