Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
23.08.2025 [22:06]
Bakının Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.