Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ-dən moped və motosiklet idarə edən uşaqların valideynlərinə xəbərdarlıq

26.08.2025 [11:09]

Xəbərin mətni

Təəssüf ki, dəfələrlə olunan xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər. Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.