Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Qalib ölkənin vətəndaşı kimi yurd yerlərimizə təhlükəsiz şəkildə geri qayıdırıq

27.08.2025 [10:54]

Xəbərin mətni

Azərbaycan Ordusunun şücaəti sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Bu gün də biz qalib ölkənin vətəndaşları olaraq 30 ildir həsrətində olduğumuz yurd yerlərinə təhlükəsiz şəkildə geri qayıdırıq. Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Murad Səfərov söyləyib.